ABŞ-ın ev sahibi seçilməsində ölkənin iri idman yarışlarının təşkilindəki zəngin təcrübəsi, müasir infrastrukturu və qadın futboluna olan yüksək marаq həlledici rol oynayıb.
FİFA ilk dəfə təşkil olunacaq Qadın Klublararası Dünya Çempionatının ev sahibini və keçirilmə tarixlərini rəsmən açıqlayıb. Matc.az xəbər verir ki, qurumun yaydığı bəyanata əsasən, mötəbər turnir 2028-ci il yanvarın 5-dən 30-dək ABŞ-da təşkil olunacaq.
ABŞ-ın ev sahibi seçilməsində ölkənin iri idman yarışlarının təşkilindəki zəngin təcrübəsi, müasir infrastrukturu və qadın futboluna olan yüksək marаq həlledici rol oynayıb.
Turnirə vəsiqə qaydaları tamamilə idman prinsiplərinə əsaslanacaq. Komandalar konfederasiyaların əsas klub turnirlərində 4 illik dövr ərzində (2024–2027-ci illər mövsümlərində) göstərdikləri nəticələrə görə çempionata vəsiqə qazanacaqlar. Bu sistem turnirdə rəqabətliliyi və yüksək səviyyəni təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, Qadın Klublararası Dünya Çempionatının hər 4 ildən bir ənənəvi olaraq keçirilməsi nəzərdə tutulub.



_1614948693.jpg)









