22 Oktyabr 2026, 21:26
FUTBOL
“Sabah” Futbol Klubu bundan sonra ev oyunlarını Mərdəkanda keçirəcək. Komandanın yeni ev stadionu indiyədək “Dalğa Arena” adı ilə tanınan və bundan sonra “Sabah Arena” adlandırılacaq stadion olacaq. Matc.az xəbər verir ki, klub uzun illər ərzində Masazırda komandaya dəstək olan, onun sevincini, kədərini və qələbələrini bölüşən sakinləri də unutmayıb.
Masazır sakinlərinin sevgisi və sədaqətinin rəmzi olaraq “Sabah Arena”da “Masazır tribunası” fəaliyyət göstərəcək.
Beləliklə, “Sabah” stadionunu dəyişsə də, illər ərzində formalaşan dəyərlərinə və azarkeşlərinə sadiq qalacaq.






_1614948693.jpg)







