Arda 2023-cü ildən “Real”ın heyətində çıxış edir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla klubun heyətində 11 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Türkiyəli futbolçu Arda Güler Madrid “Real”ı ilə müqaviləsini uzadıb. Matc.az xəbər verir ki, yeni razılaşma beşillik müqaviləni əhatə edir.

Tərəflər arasında razılıq hələ sentyabrda əldə olunmuşdu, indi isə bütün lazımi sənədlər imzalanaraq rəsmiləşdirilib.

Arda 2023-cü ildən “Real”ın heyətində çıxış edir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla klubun heyətində 11 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

İspaniya çempionatında keçirilən 9 turdan sonra “Real” 21 xal toplayaraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Cədvələ isə 27 xalla “Barselona” başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest