"Məncə... Yenə deyirəm, mən “futbolun papası” deyiləm – hər kəs istədiyi taktikanı seçməkdə sərbəstdi. Amma bu qərarın məntiqini tam anlaya bilmədim"
Yurgen Klopp UEFA Çempionlar Liqasında “Arsenal”la bərabərə qalan (2:2) "Bavariya”nın hücumçusu Harri Keynin meydandakı mövqeyi barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, təcrübəli almaniyalı mütəxəssis ingiltərəli hücumçunun müdafiə olunan zaman tutduğu mövqeyə təəccübləndiyini gizlətməyib:
“Harri Keyn hər yerdə idi. Komanda topa sahib olanda onun mövqeyi ilə bağlı heç bir problemim yoxdu. Lakin top rəqibdə olan məqamlar... Keyni ən arxa xətdə – dərin müdafiə blokunda yox, məhz meydanın mərkəzində, pressinq zonasında görəndə... Məncə... Yenə deyirəm, mən “futbolun papası” deyiləm – hər kəs istədiyi taktikanı seçməkdə sərbəstdi. Amma bu qərarın məntiqini tam anlaya bilmədim”.
“Bavariya”nın baş məşqçisi Vensan Kompani isə oyunsonrası mətbuat konfransında Kloppun bu tənqidinə münasibət bildirməkdən imtina edib: “Bu barədə heç nə deməyəcəyəm. Növbəti suala keçək”.













