Nüfuzlu mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda təşkil olunacaq.
"Barselona"nın gənc ulduzu Lamin Yamal "Qızıl top" (Ballon d'Or) mükafatlandırma mərasiminə Kataloniya klubunun rəsmi nümayəndə heyətindən ayrı qatılacaq. Matc.az saytının COPE-yə istinadən məlumatına görə, 19 yaşlı cinah hücumçusu tədbirdə ailəsi və yaxın çevrəsi ilə birlikdə iştirak etmək üçün xüsusi təyyarə icarəyə götürüb.
Nüfuzlu mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda təşkil olunacaq.
Xatırladaq ki, ispaniyalı futbolçu ötən mövsüm də mərasimə klub nümayəndə heyətindən müstəqil şəkildə yollanmışdı. Həmin vaxt Parisi fəth etməyə gələn Yamalı qohumları, dostları, menecerləri və media komandası da daxil olmaqla, təxminən 25 nəfərlik heyət müşayiət edirdi.










_1694184644.jpg)


