"Topsuz hərəkətlərini daim təkmilləşdirir, cərimə meydançasına daxil olaraq təhlükəli vəziyyətlər yaradır və effektiv son ötürmələr edir"
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda Fransanın "Lill" klubu üzərində qazanılan parlaq qələbədən (4:2) sonra rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun oyununu qiymətləndirib. Matc.az xəbər verir ki, görüşün 44-cü dəqiqəsində Roland Sallainin dəqiq ötürməsini başla torla qovuşduraraq hesabı bərabərləşdirən 21 yaşlı futbolçu, cari mövsümdə avrokuboklardakı ikinci qoluna imza atıb.
Oyunsonrası mətbuat konfransında gənc oyunçunun peşəkarlığını və düşüncə tərzini yüksək qiymətləndirən Buruk onun futbola olan böyük həvəsini vurğulayıb: "Transfer pəncərəsində qarşınıza fərqli variantlar çıxa bilər. Lakin hesab edirəm ki, en vacib məqam futbolçunun komanda oyunçusu olmasıdır. Batrakov məhz belə bir oyunçudur; o, futbola böyük həvəs göstərir və bu, həlledici amildir. Batrakov uğura can atır, Çempionlar Liqasından ilhamlanır və nailiyyət qazanmaq əzmindədir. Onun peşəkarlığı və komanda yoldaşları ilə münasibəti onun xarakterini və oyuna olan sevgisini aydın göstərir".
Türkiyəli baş məşqçi yarımmüdafiəçinin taktiki çevikliyini və müdafiə tapşırıqlarındakı irəliləyişini də nəzərdən qaçırmayıb:
"O, meydanda bütün gücünü ortaya qoyur, çox çalışır və tapşırıqları dəqiqliklə yerinə yetirməyə cəhd edir. Topsuz hərəkətlərini daim təkmilləşdirir, cərimə meydançasına daxil olaraq təhlükəli vəziyyətlər yaradır və effektiv son ötürmələr edir. İnanıram ki, oyun təcrübəsi artdıqca və komanda yoldaşları ilə anlaşması dərinləşdikcə, o daha da güclənəcək".











_1694184644.jpg)

