22 Oktyabr 2026, 21:52
FUTBOL
“Mançester Yunayted”in kapitanı Bruno Fernandesin evi Çempionlar Liqasında “Komo”ya qarşı keçirilən oyun zamanı qarət edilib. Matc.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, futbolçunun evinə üç nəfər daxil olaraq zinət əşyalarını və digər qiymətli əşyaları oğurlayıb.
Oktyabrın 21-də Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən qarşılaşmada “Mançester Yunayted” “Komo”ya 1:4 hesabı ilə məğlub olub. Portuqaliyalı yarımmüdafiəçi matça start heyətində başlayıb və 66-cı dəqiqədə əvəzlənib.
Maykl Kerrikin rəhbərlik etdiyi komanda hazırda üç xalla turnir cədvəlinin 21-ci pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar” növbəti oyunlarını noyabrın 3-də “Roma”ya qarşı keçirəcəklər.













