Danimarka millisinin hücumçusu Rasmus Hoyland Millətlər Liqasının 3-cü turunda Portuqaliya ilə matçda vurduğu qolu bir gün əvvəl qalmaqalla yığmadan ayrılan Kriştiano Ronaldo üslubunda qeyd etməsinin səbəbini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Danimarka yığmasının forvardı qol sevincinə aydınlıq gətirib: "Bu, sadəcə dünən baş verənlərdən sonra milli karyerasını bitirmiş ola biləcək bir insana hörmət əlamətidir. Məsələ yalnız bundan ibarətdir. Bunun hörmətsizliklə heç bir əlaqəsi yoxdur. O, mənim böyük kumirimdir".
Qeyd edək ki, oyun bitdikdən sonra Rasmus Portuqaliya millisinin baş məşqçisi Jorje Jejuşu itələyib.
Kopenhagendəki "Parken" stadionunda keçirilən görüş qonaqların 4:2 hesablı inamlı qələbəsi ilə başa çatıb.













