UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Litva oyununu idarə edəcək hakim briqadası bəlli olub.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

D Liqasının II qrupu çərçivəsində baş tutacaq qarşılaşma Portuqaliyadan olan ədalət təmsilçilərinə tapşırılıb. Meydanda əsas söz sahibi FIFA referisi Qustavo Korreya olacaq. Ona yan xətt hakimləri qismində həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza kömək edəcəklər.

Matçın dördüncü hakimi funksiyasını isə Migel Andre Monteyro Fonseka yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Bruno Esteves, onun köməkçisi (AVAR) isə Ana Klaudiya Silva Ribeyro olacaq.

Xatırladaq ki, Azərbaycan - Litva matçı oktyabrın 4-də saat 17:00-da "Neftçi Arena"da (8-ci km qəsəbə stadionu) start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest