İngiltərə Premyer Liqasının futbolçuları itirilmiş maliyyə bonuslarına görə "Mançester Siti" klubunu məhkəməyə vermək imkanını nəzərdən keçirirlər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" idman nəşri məlumat yayıb.
Bildirilir ki, oyunçular artıq bu məsələ ilə bağlı hüquqşünaslara müraciət etməyə başlayıblar. Söhbət turnir cədvəlində çempionluq titulunun itirilməsi və ya avrokuboklar zonasına düşə bilməmək səbəbindən oyunçuların ala bilmədiyi vəsaitlərdən gedir.
Bundan başqa, keçmiş məşqçilərin də Mançester klubunu məhkəməyə vermək üçün əsasları var. Onlar iddia edə bilərlər ki, itirilmiş titullar və avrokuboklardakı yerlər səbəbindən maliyyə bonuslarını tam almayıblar və bu, komandanın nəticələrinə təsir edib.
Xatırladaq ki, "Mançester Siti" 115 maliyyə pozuntusu bəndindən 114-ü üzrə təqsirli bilinib və bu, komanda üçün cərimə və ya titullardan məhrum edilmə ilə nəticələnə bilər.
EPL komissiyası rəsmi olaraq "şəhərlilər" tərəfindən klubun xərcləri barədə hesabatlılıqla bağlı hüquq pozuntusu faktını müəyyən edib. Qeyd olunur ki, kollektiv öz gəlirlərini süni şəkildə artırıb və hesabatlarda göstərilən xərcləri 900 milyon funt-sterlinqdən çox azaldıb.
"Mançester Siti "bütün ittihamları rədd edib və apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.













