"Mançester Yunayted" və "Tottenhem" Xorvatiya millisinin və "Frayburq"un hücumçusu İqor Matanoviçə maraq göstərir.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Bildirilir ki, Almaniya klubunun 23 yaşlı hücumçunu yanvar "transfer pəncərəsi"ndə satmağa razı olacağı ehtimalı azdır. "Tottenhem" Matanoviçi hücumçu Rişarlisona əvəzləyici kimi görür.

Cari mövsümdə Matanoviç bütün turnirlərdə 7 matçda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 22 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest