Milanın "İnter" klubunun iki futbolçusu əzələ zədəsi səbəbindən sıradan çıxıb. Söhbət ingiltərəli müdafiəçi Con Stounz və türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlundan gedir.
Matc.az xəbər verir ki, bu barədə insayder Daniele Mari məlumat yayıb.
Bildirilir ki, Çalhanoğlu A Seriyasının IV turunun "Udineze"yə qarşı keçirilən oyunundan (5:3) əvvəl zədələnib. Stounz isə həmin görüşdə start heyətində meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. Bu, ingiltərəli müdafiəçinin yayda keçidindən sonra "İnter"in start heyətində yer aldığı ilk qarşılaşma olub.
Həm Çalhanoğlu, həm də Stounzda yüngül dərəcəli əzələ zədəsi aşkarlanıb. Hər iki oyunçu A Seriyasının V turunda sentyabrın 19-da keçiriləcək "Roma" ilə matçı buraxmalı olacaq. Onların milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədən sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.
Qeyd edək ki, Çalhanoğlu ötən mövsüm boyu 4 dəfə əzələ zədəsi alıb. Stounz isə "Mançester Siti"də çıxış etdiyi son bir neçə mövsümdə mütəmadi olaraq zədələnməsi dilə yaddada qalıb.






_1789490455.jpg)
_1789485061.jpg)





