"Real"dan icarəyə götürülən "Fiorentina"nın vingeri Franko Mastantuono Avropanın TOP-5 liqalarında keçirilən oyunlarda het-trik edən ən gənc argentinalı futbolçu olub.

Matc.az xəbər verir ki, bu barədə "Sports Center" idman nəşri məlumat yayıb.

Bildirilir ki, Florentina təmsilçisi A Seriyasının IV turunun start matçında "Veneziya" üzərində 4:2 hesablı qələbə qazanıb. Mastantuono 19 yaş 28 günlüyündə het-trikə imza atıb.

Buna qədər Avropanın TOP-5 çempionatlarında het-trik edən ən gənc argentinalı 19 yaş 269 günlüyündə fərqlənən Lionel Messi idi.

Bundan başqa, Mastantuono A Seriyası tarixində het-trik etməyi bacaran ən gənc legioner ünvanına da sahib çıxıb.

Mastantuono bu ilin yayında 1 illik icarə əsasında "Real"dan "Fiorentina"ya keçib.

Qeyd edək ki, "Veneziya" ilə oyundan əvvəl "Fiorentina"da baş məşqçi dəyişikliyi baş verib – komandanı Fabio Qrossonun əvəzinə Paolo Vanoli çalışdırmağa başlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest