"Barselona"nın hücumçusu və kapitanı Rafinya İspaniya La Liqasında avqust ayının ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Ötən ay braziliyalı forvard La Liqada 3 matçda iştirak edib, 5 qol və 1 məhsuldar ötürmə ilə yaddaqalıb. Rafinya "Elçe" (5:0) və "Rayo Valyekano" (5:2) ilə görüşlərdə dubl edib, həmçinin Bilbaonun "Atletik" klubu ilə oyunda (2:0) 1 qol vurub.

Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında hücumçunun bazar dəyəri 70 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest