12 Sentyabr 2026, 22:36
FUTBOL
"Səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə göstərmək üçün əlimizdən gələni edəcəyik".
Azərbaycan Premyer Liqasının V turu çərçivəsində "Şamaxı" səfərdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Azər Bağırov qarşılaşma ilə bağlı fikirlərini bildirib:
"Çox çətin oyun keçəcəyini düşünsək də, futbolçular yaxşı oyun keçirdilər. Sadə səhvdən qapımızda qol gördük. Belə hallar olması futbolda normaldır. Səfərdə oynamaq daha çətindir. Səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə göstərmək üçün əlimizdən gələni edəcəyik. "Araz-Naxçıvan"la növbəti matçda psixoloji cəhətdən sıxıntımız olacağını düşünmürəm".













