12 Sentyabr 2026, 14:09
FUTBOL
AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursu keçirilib.
AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursu keçirilib.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sentyabrın 8-dən 11-dək keçirilən kursun bu mərhələsində məşğələlərə təlimatçılar İlham Əzizzadə, Dəyanət Əliyev və Xanlar Əliyev rəhbərlik ediblər.
Kurs Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunub və fasilələrlə üç ay davam edəcək. UEFA C kateqoriyalı məşqçi kursunun noyabr ayı ərzində başa çatdırılması nəzərdə tutulub.







_1789209783.jpg)





