Niderlandlı əfsanəvi yarımmüdafiəçi Vesli Sneyder iki şəxsi mükafatını satışa çıxarıb.

Matc.az xəbər verir ki, bu barədə "TalkSport" idman nəşri məlumat yayıb.

Bildirilir ki, söhbət 2010-cu il dünya çempionatının ikinci ən yaxşı oyunçusuna verilən "Gümüş top"dan və 2014-cü il mundialının bürünc mükafatından gedir. Həmin mükafatlar "Match Worn Shirt" saytında satılır.

"Bunlar mənim üçün çox dəyərli olan əşyalardır. Bu anları həmin əşyaların arxasındakı tarixi həqiqətən qiymətləndirən futbol azarkeşləri və kolleksionerlərlə bölüşə bildiyim üçün şadam", - deyə Sneyder açıqlama verib.

Xatırladaq ki, 2010-cu il dünya çempionatında Sneyder 5 qol vuraraq Niderland millisinə finala yüksəlməkdə kömək edib. Komanda həlledici matçda İspaniyaya 0:1 hesabı ilə uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest