"Real"ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında "İnter"lə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
Portuqaliyalı mütəxəssis mətbuat konfransında növbəti matçda komandasından nə gözlədiyinə dair sualı cavablandırıb. O, yeganə məqsədinin qələbə olduğunu qeyd edib.
"Sabahkı oyunda necə bir mübarizə görmək istəyirəm? Mən sadəcə qələbə qazanmaq istəyirəm. Yaxşı oyun nümayiş etdirmək istədiyimizi də deyə bilərdim. Lakin mən "Betis"ə qarşı olduğu kimi yaxşı oynayıb, sonda məğlubiyyətlə barışmaq niyyətində deyiləm. Mən mütləq qələbə istəyirəm!
Qarşıda pley-offa yüksəlmək tapşırığı qoyulan səkkiz matçlıq mərhələ var və mən buna nail olacağımızı düşünürəm. Amma mən "İnter"lə qarşılaşmaya Çempionlar Liqasının ümumi mərhələsinin kontekstindən kənar, tamamilə fərqli bir oyun kimi yanaşmaq istəyirəm. Növbəti yeddi matç barədə düşünmürəm, sadəcə qalib gəlmək niyyətindəyəm", – deyə Mourinyo vurğulayıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində keçiriləcək "Real" – "İnter" qarşılaşması sentyabrın 8-də baş tutacaq. Madriddəki "Santiyaqo Bernabeu" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.













