"Valensiya" azarkeşləri La Liqanın IV turunda evdə "Barselona"ya uduzduqdan (0:5) sonra klub rəhbərliyinə və oyunçulara qarşı etiraz aksiyası keçiriblər.
Matc.az xəbər verir ki, bu barədə ESPN idman nəşri məlumat yayıb.
Bildirilir ki, oyundan sonra bir neçə min azarkeş "Mestalya" stadionunun qarşısına toplaşaraq futbolçuları "muzdlular" adlandırıb. Onlar həmçinin klub prezidenti Kiat Limi və komandanın sahibi Piter Limi evlərinə rədd olmağa çağırıblar.
Bəzi ultra qruplar matçın əvvəlində tribunaları boş qoyublar. Oyunçular və baş məşqçi Karlos Korberan oyunun startında fitə basılıb, final fiti səsləndikdən sonra da eyni kəskin etirazlar eşidilib.
Lim "Valensiya"ya 2025-ci ildə rəhbərlik etməyə başlasa da, ilk dəfə "Mestalya"da oyunu canlı izləyib.
Bu, mövsümün ilk matçındakı heç-heçədən sonra "Valensiya"nın ardıcıl üçüncü məğlubiyyəti olub. Dördd matçda cəmi 1 qol vuran komanda turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.













