"Telstar"ın 31 yaşlı qapıçısı Ronald Kuman-kiçik Niderland çempionatının "Kambyur"a qarşı keçirilən oyununda dubl müəllifi olaraq komandasını məğlubiyyətdən xilas edib.

Matc.az xəbər verir ki, bu barədə "Opta" statistika portalı məlumat yayıb.

Bildirilir ki, Erediviziya tarixində bir matçda dubl etməyi bacaran ilk qapıçı olan əlcək sahibi komandasının xilaskarına çevrilib. O, hər iki qolu penaltidən vurub. Qarşılaşmanın 63-cü dəqiqəsində fərqi minimuma endirib, əlavə olunmuş vaxtda (90+11) isə bərabərlik topunu rəqib qapısından keçirib.  

Qeyd edək ki, qapıçı məşhur niderlandlı sabiq futbolçu və məşqçi Ronald Kumanın oğludur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest