İspaniyanın "Real" və "Barselona" klubları "Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messiyə atası Xorxe Messinin vəfatı ilə bağlı başsağlığı verib.

Matc.az xəbər verir ki, bu barədə klubların rəsmi bəyanatında məlumat yayılıb.

Bildirilir ki, Madrid təmsilçisinin rəsmi bəyanatında onun prezidenti və idarə heyəti Leo Messinin atası Xorxe Messinin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.

Kataloniya klubu da sabiq kapitanına dəstək nümayiş etdirib. "Barselona" prezidenti və direktorlar şurası klubun sabiq oyunçusu və əfsanəsi Lionel Messinin atası Xorxe Messinin vəfatı ilə əlaqədar ən dərin başsağlığını ifadə edir.

Xorxe Messi 8 avqust şənbə günü səhər erkən saatlarda Argentinanın Rosario şəhərindəki xəstəxanada uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib. Argentinalı futbolçunun atası onun 14 yaşından bəri agenti olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest