"Növbəti oyunda mütləq düzəltməli olduğumuz yeganə məqam topa sahib olma faizimizdir. Meksika ilə görüşdə bu komponentdə gözlədiyimiz qədər yaxşı deyildik".
Cənubi Afrika Respublikası millisi DÇ-2026-nın açılış matçında turnirin meydan sahiblərindən olan Meksikaya 0:2 hesabı ilə uduzub.
Matc.az xəbər verir ki, Afrika təmsilçisinin baş məşqisi Hüqo Broos matçdan sonra komandasının çıxışını şərh edib:
"Düşünürəm ki, komandam yaxşı oynadı. Oyunun müəyyən anlarında Meksika çarəsiz görünürdü. Cərimə meydançamızın yaxınlığında boş zonalar tapmağı bacarmırdılar. Buna görə də matçın böyük hissəsi bizim üçün sakit keçdi. Növbəti oyunda mütləq düzəltməli olduğumuz yeganə məqam topa sahib olma faizimizdir. Meksika ilə görüşdə bu komponentdə gözlədiyimiz qədər yaxşı deyildik. Ona görə də bunun üzərində işləməliyik.
3-5-2 taktikası? Hesab edirəm ki, oyunu izləyənlər bu sxemi niyə seçdiyimi anladılar. Meksikanın güclü təzyiq etdiyi ilk 15 dəqiqəni çıxmaq şərtilə, meydanda bərabərlik hökm sürürdü. Rəqibin iki mərkəz müdafiəçisi topu sadəcə özlərində saxlayırdılar və hücumu davam etdirmək üçün hazır variantları yox idi.
Dünya çempionatının ilk matçında iki oyunçumuzun qırmızı vərəqə alması xoşbəxtlikdən xəbər vermir. İlk epizoddakı qərarı qəbul etməliyik. Çünki rəqib oyunçu demək olar ki, boş qapı ilə üzbəüz qalırdı və Yaya qaydanı pozmağa məcbur oldu. Lakin ikinci epizod... Meksikalı futbolçu aşkar şəkildə Zvaneni bloklayırdı. Ona görə də o vəziyyətdə qırmızı vərəqə vermək üçün əsas yox idi".
Qeyd edək ki, Cənubi Afrika Respublikası yığması növbəti turda Çexiya ilə qarşılaşacaq.






_1781257416.jpg)






