Danimarka millisinin hücumçusu Rasmus Hoyland İtaliyanın "Napoli"nin tam hüquqlu oyunçusu olacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Ötən yay "Napoli" Hoylandı "Mançester Yunayted"dən 6 milyon avroya icarəyə götürüb və 44 milyon avroluq transfer hüququ əldə edib. Müqavilənin şərtlərinə görə, "Napoli" növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanarsa, bu seçim avtomatik olaraq aktivləşdiriləcək.
Antonio Kontenin komandası hələ Çempionlar Liqasına vəsiqə qazanmayıb, lakin klub Hoylandun oyunundan məmnundur və mövsümün nəticəsindən asılı olmayaraq transfer hüququndan istifadə etməyi planlaşdırır.
Bu mövsüm 23 yaşlı danimarkalı hücumçu bütün klub yarışlarında 41 oyunda meydana çıxıb, 14 qol vurub və 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Romelu Lukakunun bu yay "Napoli"dən ayrılması ehtimalı var.












