"Gənclərbirliyi" baş məşqçi Volkan Demirellə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Ankara klubunun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, Volkan Demirel martın 6-da "Gənclərbirliyi"nin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda Super Liqada 32 turdan sonra 28 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest