Ernesto Valverde ilə yolların ayrılacağını açıqlayan "Atletik"in yeni baş məşqçisi məlum olub.

Matc.az xəbər verir ki, Bilbao təmsilçisini Edin Terziç çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Edin Terziçin son iş yeri Dortmund "Borussiya"sı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest