"Qalatasaray"la müqaviləsi mövsümün sonunda başa çatan Mauro İkardi ölkəsinə qayıda bilər.

Matc.az xəbər verir ki, "River Pleyt" yayda azad agent statusunda olacaq argentinalı hücumçunu heyətinə qatmaq istəyir.

Buenos Ayres təmsilçisi artıqq İkardi ilə ilkin danışıqlara başlayıb. 33 yaşlı forvardın "River Pleyt"ə keçməyə isti yanaşdığı bildirilir.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Təcrübəli futbolçu "sarı-qırmızılar"ın heyətində keçirdiyi 132 oyunda 77 qol vurub, 24 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest