05 May 2026, 20:26
FUTBOL
"Barselona" və İspaniya millisinin ulduz hücumçusu Lamin Yamal zədədən sonra məşqlərə başlayıb.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Yamal ot üzərində məşqlərə və idman zalında çalışmağa başlayıb. Hələ ki, hücumçu qrup məşqlərinə qayıtmayıb. Onun 2026-cı il dünya çempionatı başlamasından əvvəl tam sağalacağı gözlənilir.
Xatırladaq ki, Yamal aprelin 22-də bud sümüyünün zədələnib və cari mövsümünün qalan hissəsində oynaya bilməyəcək.












