Mateus Kunya "Mançester Yunayted"in Premyer Liqadakı qalan üç matçında meydana çıxmayacaq.

Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.

Braziliya Futbol Federasiyası ilə İngiltərə klubu bununla bağlı razılıq əldə edib. Kunyanın əzələsində problem olduğu üçün ona istirahət vermək qərara alınıb. Federasiya 26 yaşlı hücumçunun dünya çempionatına hazır olması üçün belə addım atıb.

Qeyd edək ki, Mateus Kunya bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 33 oyunda 9 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest