"Barselona"nın sabiq baş məşqçisi Xavi Ernandes İngiltərə Premyer liqasında çalışa bilər.

Matc.az xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb.

"Çelsi" ispaniyalı mütəxəssisi baş məşqçi postuna gətirmmək istəyir. Xavi London təmsilçisini çalışdırmağa namizədlərin ilk sırasında qərarlaşıb. İngiltərə 46 yaşlı çalışdırıcı ilə danışıqlara başlamağa hazırlaşır.

Qeyd edək ki, Xavi Ernandes 2024-cü ilin yayında "Barselona"dan ayrılıb. O, daha əvvəl Qətərin "Əl-Sədd" klubunu çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest