"Barselona" "Nyukasl"ın futbolçusu Entoni Qordon üçün mübarizəyə qoşulub.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Kataloniya təmsilçisi ingiltərəli vingeri hücum xəttini gücləndirmək üçün əsas variantlardan biri kimi nəzərdən keçirir. La Liqa nəhəngi Qordon üçün hərəkətə keçməyi planlaşdırır.

25 yaşlı oyunçu ilə "Barselona"dan əlavə, "Bavariya", "Arsenal" və "Liverpul" da yaxından maraqlanır.

Qeyd edək ki, Entoni Qordon 2023-cü ilin yanvarından "Nyukasl"da çıxış edir. İngiltərə millisinin üzvü "sağsağanlar"ın heyətində bu müddət ərzində 152 oyunda meydana çıxıb, 39 qol vurub və 28 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2025/2026 mövsümündə isə bütün turnirlər daxil olmaqla 46 matçda 17 qol və 5 assistə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest