04 May 2026, 17:04
FUTBOL
"Aston Villa"nın futbolçusu Morqan Rocers karyerasını Fransada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
PSJ ingiltərəli hücumameyilliu yarımmüdafiəçini transfer etmək istəyir. Paris klubu Rocers üçün Premyer Liqa təmsilçisi ilə danışıqlara başlamağı planlaşdırır. 23 yaşlı futbolçu Luis Enrikenin rəhbərliyi altında oynamağa isti yanaşır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Morqan Rocers bu mövsüm "Aston Villa"nın heyətində bütün turnirlərdə keçirdiyi 51 oyunda 12 qol vurub, 9 qol ötürməsi edib.




_1777916360.jpg)
_1777911081.jpg)
_1777910569.jpg)


_1692637766.png)


