"İnter"in prezidenti Cüzeppe Moratta "Barselona"nın transfer siyahısında yer alan Alessandro Bastoni haqda danışıb.

Matc.az xəbər verir ki, Milan təmsilçisinin rəhbəri italiyalı mərkəz müdafiəçisinə İspaniya klubunun marağının olduğunu deyib:

"Barselona"nın Bastoniyə marağı var, bunu gizlətmirəm. Amma hələ ki konkret bir şey yoxdur. Bir oyunçu getmək istədiyini desə, gedər. Alessandro hazırda bizimlə birlikdə olduğu üçün xoşbəxtdir. Biz də ondan məmnunuq".

Qeyd edək ki, Alessandro Bastoni bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə keçirdiyi 38 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest