Qabriel Sara mövsümün sonunda "Qalatasaray"dan ayrıla bilər.

Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu Avropanın bir neçə klubunun transfer siyahısında yer alıb.

"Nyukasl", "Tottenhem", "Napoli" və "Aston Villa" Saranı heyətinə qatmaq istəyir. İstanbul nəhəngi 26 yaşlı futbolçuya 40 milyon avro qiymət qoyub. Klub bu məbləğdən aşağı təklifləri dəyərləndirməyəcək.

Qeyd edək ki, Qabriel Sara bu mövsüm "Qalatasraay"ın heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 6 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest