04 May 2026, 23:55
FUTBOL
"Beşiktaş"ın futbolçusu Milot Raşitsa sıradan çıxıb.
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Kosovolu vinger Super Liqanın XXXII turunun "Qaziantep"lə matçından (2:0) öncə keçirilən isinmə hərəkətləri zamanı ayağından yüngül zədə alıb. 30 yaşlı futbolçu təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Milot Raşitsa bu mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 33 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.












