"Barselona" "Kamp Nou" stadionunun genişmiqyaslı yenidənqurmasından sonra əhəmiyyətli maliyyə artımı əldə etməyə hazırlaşır.

Matc.az xəbər verir ki, arenanın tutumunun 105 min yerə qədər artırılması sayəsində klub hər il əlavə olaraq 80 milyon avroya qədər gəlir əldə edə biləcək. Bu barədə "Cadena SER" məlumat yayıb.

Modernləşdirmənin əsas elementlərindən biri üçüncü mərtəbənin inşası olacaq. Burada VIP lojalar da yerləşdiriləcək. Məhz bu lojalar kataloniyalılar üçün yeni gəlir mənbəyinə çevriləcək.

Ümumilikdə, "Barselona"da hesab edirlər ki, yenilənmiş stadion klubun illik gəlirlərini təxminən 350 milyon avro artırmağa imkan verəcək. Tam tutuma çatdırılmanın gələn mövsümün sonuna qədər başa çatdırılması planlaşdırılır. Lakin yenidənqurmanın maksimum maliyyə effekti ən tez 2028-ci ildən hiss olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest