"Fənərbaxça"nın futbolçusu Dorjeles Nene karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.

"Şturqart" malili vingeri transfer etmək istəyir. Bundesliqa klubu 23 yaşlı oyunçu üçün İstanbul təmsilçisinə 22 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, Dorjeles Nene bu mövsüm "Fənərbaxça"nın heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 12 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest