04 May 2026, 12:37
FUTBOL
"Aston Villa"nın yarımmüdafiəçisi Ross Barki İngiltərədə klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "GiveMeSport" məlumat yayıb.
Premyer Liqaya vəsiqə qazanan "Koventri" ingiltərəli futbolçunu heyətinə qatmaq istəyir. Baş məşqçi Frenk Lempard Barklinin oyununu bəyənir.
"Aston Villa" ilə müqaviləsi yayda başa çatan 32 yaşlı oyunçunun "Koventri"yə keçmək ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Ross Barki bu mövsüm "Aston Villa"nın heyətində keçirdiyi 20 oyunda 2 qol vurub.




_1777897167.jpg)

_1777894916.jpg)





