04 May 2026, 09:20
FUTBOL
"İnter" A Seriyasının 35-ci turunda "Parma"nı 2:0 hesabı ilə məğlub edərək sona üç tur qalmış İtaliya çempionu olub.
Matc.az xəbər verir ki, bu, komandanın tarixdə qazandığı 21-ci belə tituldur.
"İnter" A Seriyasında 36 çempionluğu olan "Yuventus"dan sonra ikinci yerdədir. "Milan" 19, "Genoa" 9, "Torino", "Bolonya" və "Pro Verçelli"nin isə hərəyə 7 dəfə çempionluq sevinci yaşayıblar.
Qeyd edək ki, "İnter" 82 xalla turnir cədvəlinə başçılıq edir. Cari mövsümün qalan oyunlarında Kristian Çivunun komandası mayın 9-da səfərdə "Latsio", mayın 17-də evdə "Verona" və mayın 24-də isə "Bolonya" ilə qarşılaşacaq.












