"Mançester Yunayted", "Barselona", "Çelsi" və "Nyukasl" yanvar ayından bəri "Roma"da icarədə olan "Aston Villa"nın hücumçusu Donyell Maleni izləyir.

Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

Bildirilir ki, Roma klubu 27 yaşlı hücumçunu 25 milyon avroya transfer edə bilər. Lakin Malenin A Seriyasındakı uğurlu oyunlarını nəzərə alaraq, "Aston Villa" onu bu yay 50 milyon avroya satmağı düşünür. "Roma"nın baş məşqçisi Jan Pyero Qasperini hücumçunu saxlamaq istəyir.

Qeyd edək ki, Malen "Roma"da ümumilikdə 16 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 35 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest