İspaniya La Liqasının 34-cü turunda "Atletiko" "Valensiya"nı (2:0) məğlub etdiyi qarşılaşma Dieqo Simeonenin məşqçilik karyerasındakı 1000-ci oyunu olub.
Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Simeone 1000 matçdan 795-ni Madirid klubunda keçirib və bunlardan 550-si La Liqada olub.
Məşqçilik karyerası ərzində argentinalı mütəxəssis həmçinin "Rasinq" (2006 və 2011-ci illərdə 34 oyun), "Estudiantes" (2006/07 mövsümündə 61 oyun), "River Pleyt" (2007/08 mövsümündə 45 oyun), "San Lorenzo" (2009/10 mövsümündə 47 oyun) və "Kataniya" (2010/11 mövsümündə 18 oyun) komandalarını da açıldırıb. Simeone 2011-ci ilin dekabr ayından "Atletiko"nun sükanı arxasındadır.
56 yaşlı məşqçinin ümumilikdə 563 qələbəsi, 225 heç-heçəsi və 212 məğlubiyyəti var. Argentinalı mütəxəssisin komandaları 1641 qol vurub, qapısında isə 895 qol görüb.
20 illik karyerası ərzində Simeone 10 kubok qazanıb: "Estudiantes"lə "Torneo Apertura" (2006) və "River Plate"lə "Torneo Clausura" (2008). O, "Atletiko" ilə iki La Liqa titulunu (2013/14 və 2020/21), bir Kral Kubokunu (2012/13), bir İspaniya Super Kubokunu (2014), iki Avropa Liqasını (2011/12 və 2017/18) və iki Avropa Super Kubokunu (2012 və 2018) qazanıb.
Daha əvvəl Dieqo Simeone Avropa nəhənglərinin Atletiko Madridin lideri Julian Alvaresə olan marağına münasibət bildirmişdi.
Atletiko Çempionlar Liqasında növbəti oyununu mayın 5-də Londonun Arsenal komandasına qarşı keçirəcək. İlk oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb.












