"Santos" Braziliya millisinin sabiq hücumçusu Robinyonun oğlu Robinyo Junior ilə müqavilənin uzadılmasını rəsmi olaraq elan edib.
Matc.az xəbər verir ki, hazırkı müqavilə 2027-ci ilə qədər nəzərdə tutulmuşdu. 18 yaşlı braziliyalı futbolçunun yeni müqaviləsi isə 2031-ci ilə qədər qüvvədə olacaq.
Robinyonun "Santos"un əsas komandasında oğlu ötən mövsüm debüt edib. O, 23 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Robinyo 2024-cü ildə təcavüz cinayətindən 9 il həbs cəzasına məhkum edilib.
Braziliyalı sabiq futbolçu "Santos", "Real", "Mançester Siti", "Milan", "Atletiko Mineyro", "Sivasspor", "Quançjou Everqrand" və "Başakşəhər" kimi komandaların formasını geyinib.
O, Braziliya millisində 100 oyun keçirib və 29 qol vurub.












