FİFA milli çempionatların xaricdə oyunlar keçirməsinə icazə verən mexanizmin tətbiqini nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Hər bir liqaya öz ölkəsindən kənarda mövsüm ərzində bir oyun keçirməyə icazə veriləcək. Eyni zamanda, heç bir ölkəyə bir mövsümdə beşdən çox xarici çempionat oyunu keçirməyə icazə verilməyəcək.
Hər bir belə matçı keçirmək üçün bir neçə səviyyədə təsdiq tələb ediləcək. Matçın logistikası oyunçuların sağlamlığına təhlükə yaradarsa, oyunun xaricdə keçirilməsi planlaşdırılan futbol liqası, milli assosiasiya və FİFA tərəfindən veto qoyula biləcək.
Protokolun növbəti mövsümün başlamazdan əvvəl hazırlanması planlaşdırılır.
Xatırladaq ki, ötən ilin dekabr ayında A Seriyası "Milan" – "Komo" matçını Avstraliyada keçirilməsinə icazə verməmişdi.












