"Benfika"nın baş məşqçisi Joze Mourinyo gələcəyi ilə bağlı suala cavab verib.

Matc.az xəbər verir ki, o, bu barədə çox şeyin deyildiyini və əlavə açıqlamaya ehtiyac olmadığını bildirib.

"Hər kəs vəziyyəti bilir. Mövsüm bitəndə davam etmək və ya ayrılmaq barədə qərar vermək üçün 10 günümüz olacaq. Demək istədiyim hər şeyi artıq demişəm. Kifayət qədər deyilib və bəlkə bundan da çox. Ona görə də bunları təkrarlamağın mənası yoxdur. Vəssalam", - deyə Mourinyo açıqlamasında bildirib.

Bu ayın əvvəlində Mourinyo "Benfika"da qalmaq istədiyini bildirsə də, gələcəyinin klubun mövqeyindən asılı olduğunu vurğulamışdı.

"Real" və ya Portuqaliya Futbol Federasiyasından mümkün təkliflər barədə suala cavab olaraq isə o, "Bu barədə daha çox şey demək istəmirəm. Artıq "Benfika" haqqında hər şeyi demişəm və daha çox şərh verməyəcəyəm" açıqlaması verib.

Qeyd edək ki, 63 yaşlı portuqaliyalı mütəxəssisin "Benfika" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir, lakin müqavilədə hər iki tərəfin təşəbbüsü ilə müqavilənin vaxtından əvvəl ləğv edilməsi maddəsi də var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest