"Arsenal" klubu qarşıdakı mövsüm üçün baş məşqçi ilə bağlı qeyri-müəyyənlik fonunda "Real"ın yarımmüdafiəçisi Arda Gülərə olan marağını bir daha gündəmə gətirib. "Topçular" yarımmüdafiəçini 2025-ci ilin yayında transfer etməyi düşünürdülər, lakin Madrid komandasını çalışdıran Xabi Alonso onu satmağa qarşı idi.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Bildirilir ki, "Arsenal" bu yay potensial transferi müzakirə etmək üçün Gülərin ətrafı ilə əlaqə saxlayıb. Lakin türkiyəli oyunçu hazırkı mövqeyindən məmnun olduğu üçün "Kral Klubu"ndan ayrılmaq istəmir. "Real" da 21 yaşlı yarımmüdafiəçini satmaq istəmir.

Qeyd edək ki, Gülər bu mövsüm bütün turnirlərdə 50 oyunda meydana çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə edib. Oyunçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 90 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest