25 Aprel 2026, 10:00
FUTBOL
"Çelsi" 2016-2018-ci illərdə komandaya rəhbərlik etmiş və 2017-ci ildə İngiltərə Premyer Liqası çempionluğunu qazanmış italyan məşqçi Antonio Kontenin geri qayıtmasını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Bildirilir ki, İtaliya Futbol Federasiyası (FIGC) da Konte ilə maraqlanır, lakin "Çelsi" təklif verməkdə qərarlıdır.
56 yaşlı mütəxəssis 2024-cü ilin yayından bəri, ötən mövsüm A Seriyası çempionu olan "Napoli" klubunun baş məşqçisidir. Kontenin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Hazırda İtaliya çempionatının 33 oyunundan sonra "Napoli" 66 xalla üçüncü yerdədir.












