"Mənimlə komanda arasında heç bir münaqişə yoxdur. Belə davam edərsə, növbəti dəfə mətbuat konfransında iştirak etməyəcəm".
"Sumqayıt" Misli Premyer Liqasının 29-cu turunda səfərdə "İmişli"ni 2:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Mətbuatda bir neçə dəfə yazılar gedib. Bu, həm mənə, həm "Sumqayıt"a qarşı haqsızlıqdır. Mənimlə komanda arasında heç bir münaqişə yoxdur. Belə davam edərsə, növbəti dəfə mətbuat konfransında iştirak etməyəcəm. Oyuna gəldikdə, çətin oldu. Çalışdıq və 3 xal qazandıq. Ən vacibi də budur.
- Kapitan Səbuhi Abdullazadəni bir dəfə tənqid etmişdiz. Amma yenə çox etiraz edir. Onun cəzalanması gündəmdədir?
- Səbuhiyə böyük hörmətim var. Onu bəyənmirəm, deməzdim. Sadəcə oyununu dəyişməlidir. Əvəzlənməyi normaldır. Səbuhinin böyük potensialı var, millinin vacib oyunçularındandır.
- İkinci hissədə çoxlu qol epizodu yaratdınız. Fasilədə nəyi dəyişdiniz?
- Qeyri-adi heç nə etmədik. İlk hissədə qol vurmuşduq. İkinci yarıda rəqib irəli çıxırdı və boşluqlar verirdi.
- Növbəti mövsümdə komandada qalacağınız dəqiqləşib? Dəqiqləşibsə, ağlınızda hansı dəyişikliklər var?
- Rəhbərliklə danışıb, bu mövsümün qalan hissəsində gənclərə şans verməyi seçdik. Bu strategiya ilə davam edəcəyik.
- Bu strategiya sizin klubdakı taleyinizə necə təsir edəcək?
- Hazırda diqqətimiz qarşıdakı dörd oyundadır.
- Mətbuat konfransına girməməyiniz hörmətsizlik sayıla bilər...
- Bəlkə, düzgün başa düşülmədi. Problemi izah etmək istəyirəm. Mənim, komandam barədə reallıqlar yazılsın. Danil ilə mübahisəmi yazan jurnalistə də deyin ki, həqiqətləri yazsın. Mən işim, taktiki gedişlərim pis ola və bu haqda yazıla bilər. Amma olmayan şeyləri demək doğru deyil.
- Sizcə, auysayderlərlə oyunlarda itirilən xallar sizi avrokuboklardan kənarda qoydu?
- Avrokuboklar uğrunda mübarizə aparırsansa, bu hədəfləri olan komandalarla oyunlarda xallar itirməmək vacibdir.
- Nikolo Ninkoviç penaltidən yararlana bilmədi…
- Futbolda belə hallar olur. Daha əvvəl Rüstəm Əghmədzadə də vura bilməmişdi. Ninkoviç bizim üçün vacib oyunçudur. Görək, növbəti penaltini kim vuracaq…












