Ötən gün Nigeriya millisinin keçmiş hücumçusu Maykl Eneramo oyun zamanı vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, o, Kadunada keçirilən yoldaşlıq oyunu zamanı ürək tutmasından sonra dünyasını dəyişib.

Enerami ikinci hissənin əvvəlində meydanda huşunu itirib. Reanimasiya cəhdlərinə baxmayaq, 40 yaşlı futbolçunu həyata qaytarmaq mümkün olmayıb.

Eneramo karyerası ərzində Nigeriya milli komandasında 10 oyun keçirib. O, həmçinin Tunis, Əlcəzair, Səudiyyə Ərəbistanı və Türkiyədə klub səviyyəsində oynayıb.

O, "Esperan"da nəzərəçarpacaq iz buraxıb və azarkeşlər ona "Tank" ləqəbi veriblər. Klubun mətbuat xidməti faciəvi xəbərdən kədərləndiyini bildirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest