"Benfika"nın baş məşqçisi Joze Mourinyo "Real"ın baş məşqçisi vəzifəsinə namizədlər arasındadır. Portuqaliyalı mütəxəssisin müqaviləsində ona mövsümün 16 və ya 17 may tarixlərində keçirilməsi planlaşdırılan son oyununda sonra 10 gün ərzində Lissabon klubunu təmənnasız tərk etməyə imkan verən bənd var.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, əgər Madrid klubu Mourinyonu qeyd edilən müddətdən sonra transfer etmək qərarına gəlsə, simvolik məbləğ ödəməli olacaq.

Məşqçinin hazırkı işinə diqqət yetirdiyi və rəsmi danışıqlar olmadığı halda "Real" ilə əlaqəsi olduğu barədə şayiələrdən qıcıqlandığı vurğulanır. Bununla belə, o, İspaniya nəhəngini idarə etmək fikrinə açıqdır.

Qeyd edək ki, "Benfika" Mourinyonun 2027-ci ildə başa çatacaq müqaviləsini bu yay yeniləmək niyyətində deyil.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest