24 Aprel 2026, 17:57
FUTBOL
"Arsenal"ın müdafiəçisi Qabriel Maqalyaes karyerasını İspaniya Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "SportsBoom" məlumat yayıb.
"Real" braziliyalı futbolçunu transfer etmək istəyir. London klubu Qabrieli satmağı düşünmür. Lakin 25 yaşlı mərkəz müdafiəçisi üçün 100 milyon avrodan yuxarı təklif gəlsə, dəyərləndirilə bilər.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Qabriel Maqalyaes bu mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə keçirdiyi 43 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.












