24 Aprel 2026, 11:56
FUTBOL
Mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatan Con Stounz karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Romeo Aqresti məlumat yayıb.
İngiltərəli müdafiəçinin nümayəndələri onu "Yuventus"a təklif ediblər. Turin təmsilçisi yayda azad agent statusunda olacaq 31 yaşlı futbolçunu heyətinə qatmaq variantına isti yanaşır.
Qeyd edək ki, Con Stounz 2016-cı ilin yayından "Mançester Siti"də çıxış edir. İngiltərə millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində 15 oyunda meydana çıxıb.


_1777037180.jpg)









